Onu canavarlar böyüdüb - Real həyatdakı Mauqli - FOTO
Məsələ ondadır ki, qurd sürüsünün övladlığa götürdüyü uşaqlar real həyatda da az olmayıb.
Sfera.az bu gün onlardan biri- ispaniyalı Markos Rodriges haqda danışacaq.
Onun hazırda 72 yaşı var. 7 yaşı olanda anası ölüb. Atası isə taleyi ilə maraqlanmayıb. Acından ölməmək üçün dağlara qalxıb, orda çobanlara kömək edib.
Orda yaşlı çoban Markosa tonqal qalamağı, bitki toplamağı öyrədib. Lakin az zaman sonra qoca da ölüb. 7 yaşlı uşaq dağlarda tək qalıb.
Giləmeyvələrlə qidalanan uşaq yağışlı gündə mağaraya sığınıb və burada canavar sürüsü ilə rastlaşıb. Ana canavar ona dəyməyib. Qarşısına ət parçası qoyub. Öz balalarını necə yemləyibsə, eynisindən Makrosa verib.
Makros deyir ki, həmin günlər həyatının ən xoş illəri olub. O mağarada qurdla və yarasalarla yaşayıb:
"Balaca ilanım var idi. Mənə öyrəşmişdi. Hara gedirdim yanımda sürünürdü. Keçiləri sağıb südünü ona içirirdim".
Yalnız 12 ildən sonra insanlar yarıçılpaq Makrosu tapdılar. 19 yaşlı gənc demək olar ki, danışa bilmirdi. Ancaq qurd kimi mırıldayırdı. Onu kilsə internatına verdilər. Makros insanlara öyrəşə bilmirdi. Ona çarpayı ayrılsa da quru döşəmədə yatırdı. Bərbər onun uzun saçlarını kəsə bilmirdi. Makrosa elə gəlrdi ki, bərbər onu öldürmək istəyir.
Hazırda 72 yaşlı qoca Rante şəhərində yaşayır. Deyir ki, ətrafdakılar ona rişxəndlə baxır. Çünki nə futbolla, nə də siyasətlə maraqlanır. Lakin şəxsi həkiminin qənaətinə görə Makrosun sağlamlığına çoxları qibtə apara bilər.
İlqar Atabəyli






