Logo

Sumqayıtdakı yataqxanada nə baş verib? – İCRA HAKİMİYYƏTİ XƏBƏRSİZDİR

Sumqayıtdakı yataqxanada nə baş verib? – İCRA HAKİMİYYƏTİ XƏBƏRSİZDİR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi ötən gün Sumqayıtda məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun olub. Hadisə şəhərin 22-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada baş verib.

Sfera.az-ın əməkdaşı Sumqayıt Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin rəsmisi baş verən hadisədən xəbərsiz olduqlarını, bununla bağlı olaraq onlara hər hansı müraciətin daxil olmadığını bildirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, isə qeyd olunan ərazidə heç bir uçqun baş verməyib:

"Bu hadisə ilə əlaqədar olaraq qaynar xəttimizə heç bir müraciət daxil olmayıb. Sizin sorğunuzdan sonra əməkdaşlarımızı hadisə yerinə yolladıq. Əməkdaşlarımızın verdiyi məlumata görə, sadəcə olaraq su damıb və binanın fasadı yuyulub. Heç bir uçqun faktı qeydə alınmayıb”.

Qeyd edək ki, həmin yataqxanada 80-dən çox sakin yaşayır.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR