Logo

Azərbaycanlı dəli Yakutsk sakinlərini qorxu altında saxlayır: “50 dərəcə şaxtada..."

Azərbaycanlı dəli Yakutsk sakinlərini qorxu altında saxlayır: “50 dərəcə şaxtada..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Yakutiya muxtar respublikasının Yakutsk şəhərində Nəsib adlı azərbaycanlı psixi xəstə yaşadığı binanın sakinlərini illərdir qorxu altında saxlayır. Və yerli "JEK” işçiləri, sahə müvəkkili və polis bu dəlinin əlində aciz qalıb.

Sfera.az bildirir ki, bu əhvalat barədə "Sakhapress.ru” yazır. Yakutsk şəhərinin Mojaysk küçəsində yerləşən 17/6 saylı binanın sakini olan Lyudmila Qriqoryevna deyir ki, bir neçə gün əvvəl onun mənzilini su basıb. Çünki yuxarı mərtəbədə yaşayan qonşu hamada və ayaqyolunda suyu bütün günü açıq qoyur. Amma Lyudmila mənzilinə dəyən zərərə görə qonşusundan kompensasiya ala bilməyəcək. Çünki psixi xəstədir və psix-əsəb dispanserində qeydiyyatdadır.

Qadın deyir ki, Azərbaycan vətəndaşı Nəsib M. bir çox azərbaycanlılar kimi Yakutiyaya qazanc dalınca gəlmişdi. O, marşrut avtobusunda sürücü işləyib, özünə həmin binada ikiotaqlı ev alıb və Azərbaycandan qohumlarını, o cümlədən bir qadını aparıb. Onlarla birlikdə yaşayıb. Əvvəllər də Nəsibin mənzilindən aşağı mərtəbəyə tez-tez su damırmış. Amma 2000-ci illərin sonlarında Nəsib və ailəsi Azərbaycana qayıdır. Qonşular sevinirlər ki, daha onların başına su axıdan olmayacaq.

Lakin 2011-ci ildə Nəsib yenidən Yakutska qayıdır, amma tək. Azərbaycanda onun başına nə gəlib, bilinmir, amma qonşuları deyir ki, qayıdandan sonra Nəsibin ağlı özündə olmayıb. O, nəyə görəsə pəncərələrin çərçivələrini yerindən çıxarıb, onları kartonla və fanerlə örtüb. Yakutskun 50 dərəcə şaxtasında o, mənzilində bu cür yaşayıb. Şaxtadan donan isə təkcə o yox, qonşuları, o cümlədən Lyudmila Qriqoryevna olub.

2012-ci ildə Sakhapress.ru Nəsibin qonşulara yaratdığı təhlükə barədə yazıb. Bundan sonra sahə müvəkkili təcili yardım briqadası çağırıb və onu ruhi-əsəb dispanserinə yerləşdirib. Yarım il sonra Nəsib mənzilinə qayıdıb və özünü bir müddət normal aparıb. Amma Yeni il ərəfəsində yenidən problemlər başlayıb.

"Ötən ilin dekabrında baxdıq ki, mənzilimiz soyudu. Hərçənd batareyalar çox isti idi. Eyni zamanda baxdıq ki, Nəsib periodik olaraq binanın girişində oturur. Mənzilində isə bütün pəncərələri açıq qoyub. Soruşduq ki, niyə belə edirsən. Dedi mənzilində nəsə çox pis iy var”-qadın deyir.

Ötən il Nəsibin mənzilində qazı kəsiblər və o qızınmaq üçün elektrik qızdırıcılarından istifadə edir. Və bütün günü pəncərələri açıq qoyur. Mənzildə gecə-gündüz işləyən elektrik qızdırıcılarına görə binada hər an yanğın ola bilər.

"Bütün günü mənzilndə su açıqdır. İstilik sisteminə şlanq qoşub, bir ucunu mətbəxdə "moyka”ya buraxıb və isti suyun buxarı hesabına isinməyə çalışır. Görünür batareyaya birləşdirilən şlanq çıxıb və çirkli su döşəməyə axıb, nəticədə mənzilimi su basıb”-Lyudmila deyir.

Nəsib pəncərələri açıq qoyduğuna görə qonşuların mənzilində də soyuqdur. Onlar paltarlı yatmağa, üstlərinə iki odeyal örtməyə məcburdur. Sakinlər deyirlər ki, sahə müvəkkilinə dəfələrlə müraciət ediblər, Nəsibin ruhi-əsəb dispanserinə yerləşdirilməsini, ona tibbi yardım göstərilməsini xahiş ediblər. Amma sahə müvəkkili bir dəfə Nəsibin mənzilinə gəlib, qapını döyüb, açmayanda qayıdıb gedib. Və hərdəfə deyir ki, əlində daha vacib işləri var, ona görə bu məsələ ilə məşğul olmağa vaxtı yoxdur.

Hazırda Nəsib bütün günü balkonda qış geyimində oturur, orada yemək yeyir, hətta televizoru da balkona çıxarıb. Hərdən küçəyə çıxır, ətraflarda dolaşıb əlinə keçən zir-zibili toplayır.

Qonşuların jurnalistlərə şikayətindən sonra sahə müvəkkili məsələ ilə məşğul olacağını deyib. Amma "JEK” işçiləri, dispanserin həkimləri, sahə müvəkkili Nəsibin qapısını hər gün döysə də açmır. Onlar isə sakitcə çıxıb gedirlər, Nəsib isə qonşuları prokurorluqla hədələyir...(virtualaz.org)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR