19 yaşlı qız bədbəxt hadisə nəticəsində öldü - FOTO
Kateqoriya məlum deyil
19 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
Sfera.az bildirir ki, 19 yaşlı Natalie Cormack ( Natali Kormak ) ehtiyatsızlıq səbəbindən 7-ci mərtəbədən yıxılaraq ölüb.
İspaniyada barda işləyən qız evə qayıdarkən açarı işdə qoyduğunu bilib. O, evinə girmək üçün rəfiqəsinin eyvanına çıxıb. Lakin əli sürüşən Natali 7-ci mərtəbədən aşağı düşüb. O, binanın birinci mərtəbəsində tikilən restoranın terrasına düşüb.
Onun həyatını xilas etmək mümkün olmayıb.(milli.az)






