GİZ-in jurnalistlər üçün təlim kursuna start verildi
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində avropa standartlarına yaxınlaşma" regional proqramı çərçivəsində jurnalistlər üçün "Mediada müəllif hüquqları rəqəmsal mediada müəllif hüquqlarını neçə qorumalı" mövzusunda təlim kursuna start verib.
Tədbiri giriş sözü ilə açan "Jurnalistlərin Həmkarlar İttifaqı"nın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli müəllif hüquqları ilə bağlı hazırda Azərbaycan mediasında olan problemlərdən danışıb.
M.Ələsgərli bildirib ki, onlayn media yarandıqdan sonra müəllif hüquqlarına nəzarət, onun qorunması daha böyük problemə çevrilib:
"2016-cı ilin aprel hadisələrində də Mətbuat Şurası olaraq saytların monitorinqini təşkil etdik. Bir çox problemlərlə qarşılaşdıq. Bu dövrdə Azərbaycan informasiya məkanına girən erməni əsilli şəxslər vardı ki, onlar yalandan Azərbaycanca yazaraq səhifələr açdı. Bu dövrdə süni vətənpərvərliyin nümayişini də gördük. Digər qisim isə bilərəkdən, bilməyərəkdən materialları kopyalayaraq yazanlardır. Bu dövrdə bəzi düşünülmüş mənbələr tərəfindən informasiya ortaya atılır".
M.Ələsgərli bildirib ki, müəllif hüquqlarının pozulması təhlükəsizliyin pozulmasına, bununla da yüzlərlə problemin yaranmasına yol açır.
Tədbir davam edir.
Nigar Məhərrəm
Sfera.az






