Logo

Türkiyənin yeni nəsil silahları - FOTOLAR

Türkiyənin yeni nəsil silahları - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən il Türkiyədə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Türkiyə istehsalı olan bir neçə silah nümayiş olunmuşdu. Daha çox müzakirə obyektinə çevrilən silahların bir qismi artıq istehsal olunub. Onlar yaxında satışa çıxarılacaq.

Türkiyənin "ASELSAN” şirkəti tərəfindən istehsal olunan silahlar böyük marağa səbəb olub. Onlardan ən çox diqqət çəkən "Korhan” adlanan tankdır. Yeni tipli bu tanklar müharibə ərazisində ən yüksək keyfiyyətli tanklardan hesab olunur. Hədəfi daha aydın, uzaq məsafədən seçməklə digərlərindən fərqlənir.  Yüksək atəş açmaq gücünə sahib olan bu tankların özünmüdafiəsi də güclüdür.

Digər istehsal isə "ANKA-S” adlanır. 165 kilo ağırlıqda olan bu hərbi təyyarələr daha uzaq məsafələrə qalxmaq imkanına sahibdirlər.

"ASELSAN” hücum helikopteri də istehsal edib. Bu helikopterlər "ATAK” adlanır. Yeni istehsal olunan silahlar sırasında müxtəlif tip hərbi raketlər də var. Bundan başqa ən son model olan və daha çox texnoloji üstünlüyə cavab verən hərbi avtomobillər də diqqət cəlb edir.

Sfera.az maraqla qarşılanan həmin silahların fotolarını təqdim edir:

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR