Logo

Oğul 52 yaşlı anasına yalvardı: “Nə olar, əyninə paltar geyin, məni ələ salırlar” – FOTOLAR

Oğul 52 yaşlı anasına yalvardı: “Nə olar, əyninə paltar geyin, məni ələ salırlar” – FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərəli model Elizabet Hörli ilə 16 yaşlı oğlu Demianın arası dəyib.

Sfera.azxarici mətbuata istinadən bildirir ki, buna səbəb 52 yaşlı Elizabetin "Instagram”da paylaşıdğı açıq-saçıq fotolardır.

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Demian dostlarının onu ələ saldığını səbəb göstərərk anasından artıq bu tip fotolar paylaşmamasını istəyib. Ancaq "Ana, nə olar, artıq əyninə paltar geyin, dostlarım məni ələ salır”, deyərək yalvaran Demianın sözləri Elizabetə təsir etməyib. Ailəyə yaxın mənbələr modelin oğlunun sözlərini ciddi qəbul etmədiyini bildirir. Onların sözlərinə görə, Elizabet oğluna özü yaşındakı baxımsız qadınların fotolarını göstərərək, "Bax, belə olsam, daha yaxşıdır?”, deyir. O, çimərlik geyimində və ya alt paltarında fotolar paylaşmağa davam edəcəyini söyləyir.

Qeyd edək ki, Elizabet Hörli modellik və aktrisalıq etməklə yanaşı, çimərlik geyimlərinin dizaynı ilə də məşğul olur. O, daha öncə müsahibələrinin birində səs-küyə səbəb olan açıq-saçıq fotolarını oğlu Demiana çəkdirdiyini demişdi.

Lalə Nəsirova

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR