Logo

Atalar düz deyibmiş – Elmi araşdırmalar görün nəyi sübut etdi

Atalar düz deyibmiş – Elmi araşdırmalar görün nəyi sübut etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Dostunu göstər, deyim sən kimsən” deyimi boşuna deyilmiş .

Sfera.az "New York Times”a istinadən bildirir ki, alimlərin apardığı tədqiqatlar insanlar arasındakı münasibətlər, xüsusilə də dostluqla bağlı maraqlı detalları üzə çıxarıb.

Alimlərin sözlərinə görə, möhkəm dostluq quran insanlar zaman keçdikcə bir-birlərinə bənzəməyə başlayırlar.

Amerikalı həkim Karolin Perkinson bu barədə deyir:

"Dostlar əgər bir-birləri ilə tez qaynayıb-qarışırlarsa, deməli, onların oxşar nöqtələri çoxdur”.

Həkimin sözlərinə inansaq, dostlaşdığımız insanla vaxt keçirdikcə fərqində olmadan onun kimi düşünməyə başlayırıq:

"Hətta seçdiyiniz siyasi partiya, baxdığınız filmlər və getdiyiniz məkanlar belə eyni olur”.

Qeyd edək ki, bu araşdırmanın nəticələri sosial şəbəkələrdəki dostluqlar üçün də keçərlidir. Belə ki, sosial mediada dost olan insanların profilləri araşdırılıb və nəticədə onların eyni tip paylaşımlar etdiyi ortaya çıxıb.

Şükufə Süleymanlı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR