Gəlinliyini 25 min dollara alıb, nikah şahidi Aleks de Souza olacaq - FOTO
Kateqoriya məlum deyil
"Yeni gəlin” serialının baş rol aktrisası Cessika Mey nişanlısı Hüseyn Kara ilə nikah masasına əyləşməyə hazırlaşır.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa gəlinlik almağa gedərkən paparazilərin hədəfinə tuş gəlib. Onun seçdiyi gəlinliyin qiymətinin 25 min dollarlıq olduğu deyilir. O, toyunda taxacağı aksessuarlar üçün də, böyük məbləğdə pul ödəyib.
Qeyd edək ki, aktrisanın nikah şahidi "Fənərbaxça" futbol komandasının əfsanəvi oyunçusu Aleks De Souza olacaq.
Şükufə Süleymanlı
Sfera.az






