Logo

Xatirə İslam: "Onsuz nəfəs ala bilmərəm dediyimiz insanlarsız yaşayırıq" - FOTOLAR

Xatirə İslam: "Onsuz nəfəs ala bilmərəm dediyimiz insanlarsız yaşayırıq" - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur müğənni Xatirə İslam övladı ilə ölmüş yaxınlarını ziyarət edib.

Bunu "Instagram” səhifəsində paylaşan müğənni bu sözləri qeyd edib:

”Bu gün balamla bərabər sevdiklərimizi ziyarət etdik. Allah bütün dünyadan köçənlərə rəhmət eləsin. Nənəm, babam, dayım və qaynanam. "Kiməsə bir şey olsa, özümü öldürərəm" sözü yalnız dildədir. Heç kim özünü öldürmür. 40 gün ağlayıb acı həqiqətlə barışır. Ona görə də, çalışıb ölməyəsən. Mən elə bilirdim nənəm və babam ölsə, mən də ölərəm amma heç qəbir üstünə gəlməyə vaxt yapa bilmirik. Ot basıb qəbri. Bəli, insan olan məxluq belədir. Vaxt var idi, onsuz nəfəs ala bilmərəm dediyimiz insanlarsız artıq yaşaya bilirik. Çalışaq ki, ölməyək və ölən yaxınlarımızı da ziyarət edək”.

Şükufə Süleymanlı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR