Aya gedən kosmonavtlar "yalan detektoru"ndan keçdi: "Biz kainatda tək deyilik"
Belə ki, Ayda olmuş kosmonavtların səsləri analiz edilib. İngiltərənin "Daily Mail" qəzetinin məlumatına görə, səs analizi "Bioacustic Biology İnstutu" tərəfindən aparılıb. Analiz nəticəsində məlum olub ki, kosmonavtlardan yadplanetli və ya nə olduğunu müəyyənləşdirə bilmədikləri bir cisim gördüyünü deyənlər doğru deyirmiş. "Yalan detektoru" kosmosa səfər zamanı qeyri-adi heç nə görmədiyini deyən kosmonavtların isə səsində titrəmə və həyəcan siqnalları aşkarlayıb. Bu isə onların yalan danışmış ola biləcəyini göstərir.
Xatırladaq ki, Oldrin o vaxt "Kosmosda nə olduğunu başa düşə bilmədiyimiz yad bir cisim gördük”, demişdi. O, insanoğlunun Aya ilk səfəri zamanı məşhur kosmonavtlar Nil Armstronq və Maykl Kollins ilə bir yerdə olub. Nil və Maykl Oldrinin açıqlamalarını dəstəkləməmişdilər.






