Sərdar Ortac həyat yoldaşı haqda: “Ona get soyun demirəm” - FOTOLAR
Kateqoriya məlum deyil
Məşhur müğənni Sərdar Ortac "Instagram"da tez-tez çimərlik geyimində fotolarını paylaşan həyat yoldaşı Kloe Louqhandan danışıb.
Sfera.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Sərdar Ortac həyat yoldaşının karyerasına qarışmadığını deyib:
"Get, soyun demirəm. Bir-birimizə qarışmırıq. O, sərhədlərini bilən insandır”.
O, xanımının açıq-saçıq fotolarından narahat olmadığını bildirib:
"Xanımım modeldir. Neyləyim? Ona şəkil çəkdirmə demək, mənə mahnı oxuma demək kimi bir şeydir. Məni narahat edən bir nüans yoxdur. Həyat yoldaşımın işləməsini istəyirəm və işləməsini dəstəkləyirəm. Hər bir qadın kimi o da, ölkəsinə xeyirli olmalıdır”.
Şükufə Süleymanlı
Sfera.az






