Logo

Sultan II Əbdülhəmidin arxivindən çıxanlar hamını şoka salır - FOTOLAR

Sultan II Əbdülhəmidin arxivindən çıxanlar hamını şoka salır - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Osmanlı sultanı II Əbdülhəmidin arxivindən tapılan qatil fotoları hər kəsi təəccübləndirir.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sultan oxuduğu romanlardan birində "başbarmağının buğumu işarət barmağının buğumundan daha uzun olan insanlar qatil olmağa meyillidirlər”, cümləsini oxuduqdan sonra özü üçün yeni hobbi tapıb. O, həbsxanalardakı qatillərin əllərinin aydın şəkildə göründüyü formada fotolarının çəkilməsini istəyib. Nəticədə isə 36 min 585 fotodan ibarət kolleksiya meydana çıxıb. Həmin fotolar 10-12 aprel tarixlərində İngiltərədəki sərgilərdən birində nümayiş ediləcək.

Qeyd edək ki, sultanın şəkil kolleksiyası onunla bağlı bir çox maraqlı məqamları üzə çıxarıb. Onun hətta dünya siyasətini öyrənmək üçün belə şəkillərdən istifadə etdiyi bildirilir. 33 il hakimiyyətdə olan II Əbdülhəmid foto sənətinə bu qədər maraqlı olsa da, özünün şəkillərinin çəkilməsini xoşlamayıb.

Şükufə Süleymanlı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR