Avtobus yük maşını ilə toqquşdu: 14 idmançı öldü
Kateqoriya məlum deyil
Kanadanın Saskaçevan əyalətində gənclərdən ibarət hokkey komandasını aparan avtobus yük maşını ilə toqquşub.
Sfera.az "Life.ru” ya istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfərin öldüyü, daha 14 nəfərin yaralandığı bildirilir.
"Humboldt Broncos” komandası Tisdeyl şəhərində keçiriləcək növbəti oyununa gedirmiş. Hadisə şəhərdən 30 kilometr aralıda baş verib.
Komanda üzvləri 16-20 yaş arası gənclərdir.






