Yaraşıqlı aktyor anasına verdiyi sözü tutmadı - FOTO
Kateqoriya məlum deyil
Türkiyənin ən yaraşıqlı aktyorlarından olan Kıvanç Tatlıtuğ anasına verdiyi sözü tutmayıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, içki firmalarından birinin reklam siması olan Tatlıtuğ motosikletlə kamera qarşısına keçib.
Keçən il keçirdiyi qəzadan sonra anasına bir daha motosiklet sürməyəcəyi ilə bağlı söz verən Tatlıtuğ reklam üçün anasına verdiyi sözdən dönməli olub. Aktyorun bu reklamdan nə qədər gəlir əldə etdiyi isə açıqlanmayıb.
Şükufə Süleymanlı
Sfera.az






