Logo

Çində ABŞ diplomatı vəhşicəsinə döyüldü - Stalin haqqında yalan təbliğata görə

Çində ABŞ diplomatı vəhşicəsinə döyüldü - Stalin haqqında yalan təbliğata görə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çində ABŞ diplomatı Stalin haqqında yalan təbliğata görə vəhşicəsinə döyülüb.

Sfera.az Rusiyanın "Just-foryou.ru” saytına istinadən verdiyi məlumata görə, xoşagəlməz hadisə Şanxayda, ABŞ-ın mədəniyyət üzrə attaşesi Robert Fordun iştirak etdiyi müasir incəsənət sərgisində baş verib.

Tədbirin açılışında amerikalı diplomat çıxış edərək bunları deyib:

"Mən şadam ki, Çin sənəti qanlı stalinizm ənənələrindən tədricən xilas olub və müasir ənənələrə yetişib".

Bundan dərhal sonra beş nəfər Robert Fordun üzərinə atılıb onu yerə yıxaraq ayaqları ilə döyməyə başlayıb. Hadisə yerinə gəlmiş polislər onların qarşısını alıb.

Hadisə nəticəsində diplomatın burnu sınıb və  bədənində  qançırlar əmələ gəlib. O, yaxın iki həftəni xəstəxanada keçirməli olacaq. Diplomata hücum edənlər saxlanılıb.

Çinin Xarici İşlər Naziri Pekindəki ABŞ səfirliyinə rəsmi üzrxahlıq məktubu göndərib, həmçinin bir daha bundan sonra "Stalini tənqid etməməyi" tövsiyə edib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR