Tanınmış şair Zaur Baxşəliyev haqqında görün nələr yazdı - FOTO
"Azad Azərbaycan" televiziyasında yayımlanan "Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev haqqında sosial şəbəkədə qalmaqallı fikirlər səsləndirilib.
Belə ki, tənqidçi və şair Əsəd Cahangir öz "Facebook" profilində Zaurun aparıcısı olduğu veriliş haqqında bunları yazıb:
""Bizimləsən"ə baxanlar bəlkə də təəcüb edir ki, ilahi, bu Zaur Baxşəliyev nə qədər humanist, xeyirxah, xalqın halına yanan, kimsəsizlərə həyan, bir sözlə yardımçı biridir. Həmişə fikirləşirdim ki, nə əcəb bu adamın çiynində qanadları çıxmır, bu ki mələkdir. Bu günlərdə aldığım bir məlumat bunlara cavab oldu. Niyazov Oruc Elnur oğlu düz altı aydır ki, Zaurun qəbuluna düşmək istəyir. İki əkiz oğlu ilə kanalın qapısında gecələyir. İstəyir ki, iki şikəst oğlunun müalicəsi üçün, Zaur varlılara minnətçi olsun, onu efirə çıxarsın, dərdindən xalqı hall etsin. Zaur isə onu yanına buraxmır ki, gərək əvvəlcə mənim zəhmət haqqımı verəsən. Bəs onda onun kimsəsiz birini görəndə dolan gözləri, dodaqları nə deməkdir?".
Şükufə
Sfera.az






