Milyonçunun dəfni: Bədəni şampanla yuyuldu, qızıldan tabuta qoyuldu - FOTOLAR
Kateqoriya məlum deyil
Trinidadda mafiozilər 33 yaşlı milyonçunu qətlə yetirib.
Sfera.az "Life.ru”-ya istinadən xəbər verir ki, 33 yaşlı Şeron Syxedo həyat yoldaşının valideynlərinin evinin yanında güllələnib.
Polis məlumat verib ki, banda gənc əmlak milyonçusunu çoxdan öldürməyi planlaşdırıbmış. Başqa bir qruplaşma isə biznesmeni qoruyurmuş. Lakin göründüyü kimi buna nail olmayıblar.
Şeronun qohumları onu son mənzilə dəbdəbə ilə yola salıblar.
Təkcə qızıl tabutun qiyməti 50 min dollar olub. Mərhumun bədəni ən bahalı "Moët & Chandon” şampanı ilə yuyulub.
Şeronun nəşinin üzərindəki zinət əşyalarının qiyməti isə yüz min dollardan çox edib.
Qızıl tabut krematoriyaya 150 minlik "Bentley"də aparılıb.
İlqar






