Məşhur müğənni Kəbə ziyarətində göz yaşlarını saxlaya bilmədi - FOTO
Kateqoriya məlum deyil
Tanınmış müğənni Sinan Akcıl gördüyü bir yuxudan sonra Ümrə ziyarətinə getməyi qərara alıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məkkə və Mədinəni ziyarət edən müğənni daha sonra isə Kəbəyə yollanıb. Akcıl müqəddəs torpaqlarda göz yaşlarını saxlaya bilməyib. O, peyğəmbərin qəbrini də ziyarət edib.
Müğənni hislərini bu sözlərlə ifadə edib:
”Kəbəni gördüyüm anı sözlə ifadə edə bilmərəm. O anlarda Yaradana ruhən yaxınlaşığımı hiss etdim. İnşallah həc ziyarətimi də edərəm".
Şükufə Süleymanlı
Sfera.az






