Logo

Səbinə Mirzəyevanın xəstəliyi irsi imiş - Atası da 3 dəfə insult keçirib - FOTO

Səbinə Mirzəyevanın xəstəliyi irsi imiş - Atası da 3 dəfə insult keçirib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün dünyasını dəyişən həkim Səbinə Mirzəyevanın atası, "Azərsutikinti” xəstəxanasının baş həkimi Elman Mirzəyev bu günə kimi 3 dəfə insult keçirib.

Bu haqda həkimin qohumlarından biri Sfera.az-a məlumat verib.

Bizə verilən məlumata görə, Səbinə Mirzəyeva ailənin tək qızı olub. Ötən gün baş verən hadisə gün ərzində onun övladlarından gizli saxlanılıb. Həkimin övladlarından biri 10-cu sinifdə oxuyur.

Mənbəmiz Səbinə Mirzəyevanın ani ölümü ilə bağlı bunları deyib:

"Mənim məlumatıma görə, o heç bir konfransda hirslənməyib. Sadəcə olaraq beyin damarı partlayıb. Bu səbəbdən də dünyasını dəyişib”.

Qeyd edək ki, S.Mirzəyevanın anası Ofeliya xanım da həkimdir.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR