Səbinə Mirzəyevanın dəfn ediləcəyi yer məlum oldu - FOTO
Kateqoriya məlum deyil
Ötən gün dünyasını dəyişən həkim, mama-ginekoloq Səbinə Mirzəyevanın ölüm xəbəri çalışdığı "Baku Medical Plaza" xəstəxanasındakı iş yoldaşlarını da sarsıdıb. Bu gün həkimlə vida mərasiminin keçirildiyi söylənilib. Bu haqda həkimin xəstələri məlumat verib.
Həkimin köməkçisi Lalə xanım bu xəbərdən çox sarsıldıqlarını, hazırda yas mərasiminə tələsdiklərini bildirib.

Həkimin pasiyentləri də yas mərasiminə gedib.
Bizdə olan məlumata görə, dünyasını dəyişən həkim bu gün Qurd Qapısı tərəfdə (Yasamal qəbirstanlığında) dəfn olunacaq.
Nigar Məhərrəm
Sfera.az






