Logo

Müharibə dəbi: 5.11 – FOTOLAR

Müharibə dəbi: 5.11 – FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Adətən gənclər dəblə geyimə üstünlük verirlər - "FBI”  beysbolka, "MMİ” futbolkalar  və sair... Sülh şəraitində yaşayan gənclərdən fərqli olaraq Suriyada və İraqda döyüşən cavanların da öz  sevdikləri brend var - "5.11”

Bu brend Yaxın Şərqə necə gəlib çıxıb, niyə populyar olub? Bu haqda Sfera.az-da oxuyun.

Brendin yaranması

Suriyada və İraqdakı qruplaşmalardakı gənclər bu brendi çox sevir. Əslində bu brendin malları çox bahadır, adi şalvar ən azı 100 dollaradır. Bəs, bu regionun vardan-yoxdan çıxmış əhalisində pul haradandır?

Bu gün bu brend altında satılan malların 90 faizi Çin istehsalıdır. Müharibə gedən regionda firma dükanları çoxdan dağıdılıb. Olsaydı belə o qiymətə geyimləri tək-tük adamlar ala bilərdi.

Odur ki, çinlilərin müharibə bölgəsini saxta malla doldurması hər iki tərəfə sərf edir. "5.11” brendinin bu bölgəyə necə ayaq açması maraqlıdır.

Alpinist Royal Robbinsin şirkəti ekstremal istirahət üçün geyimlər hazırlayırdı.

Çoxsaylı cibləri və tikişləri olan şalvar, yüngül və eyni zamanda möhkəm ayaqqabı - bunlarla qayalara dırmaşmaq, bataqlıqları keçmək asan idi.

Ancaq bunlar hərbçiləri və xüsusi xidmət orqanlarını da cəlb edirdi. Tezliklə "5.11” bu strukturlardan sifariş almağa başladı.

"Qızıl dviziya”

2014-cü ildə İraq ordusu və polisi İŞİD tərəfindən darmadağın edildi. Həmin ilin iyulunda Mosul şəhəri əldən getdi. Xilafət ordusunun qarşısını yalnız İranın silah-sursatla təhciz etdiyi ərəb-şiə qruplaşmaları alırdı.

İraq dövlətinə yeni ordu lazım idi. Amerikalı hərbi mütəxəssislər bu işi öhdələrinə götürdülər.

"Qızıl dviziya” adlı xüsusi təyinatlı dəstə yaradıldı. "5.11” brendi ilə qara uniforma, "M-4” avtomatı, qara rəngli "Humvee” zirehli maşını, qum rəngli "Abrams” tankları - yeni qoşunun siması idi.

Bu  35 minlik dviziya Yaxın Şərqdəki bütün ordulardan fərqlənirdi. İŞİD-ə qarşı əks hücumda da əsas rolu onlar oynadı.

"5.11” dəbini  də bu regiona məhz "Qızıl dviziya”nın əskər və zabitləri gətirdilər. Ancaq əksəriyyətdən fərqli olaraq onlar saxta yox, əsil brend futbolka, şalvar və əlcəkləri geyirdilər.

İlqar Atabəyli

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR