Tanınmış iş adamından oğluna etdiyi toyla bağlı İLK AÇIQLAMA - FOTOLAR
Kateqoriya məlum deyil
"Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov oğlu Tanrıverdi Axundova etdiyi toyla bağlı ilk dəfə açıqlama verib.
İş adamı Sfera.az-a açıqlamasında deyib ki, oğluna etdiyi toy heç də dəbdəbəli olmayıb.
"Hər kəs istəyir və çalışır ki, övladı xoşbəxt olsun, imkan daxilində sevincli gün yaşasın. Oğlumun toyu ilə bağlı kim deyirsə, desin. Özləri bilər. Allah hər kəsin övladını xoşbəxt etsin".
Xatırladaq ki, yerli KİV-də gedən xəbərlərə görə, "Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundov paytaxtda yerləşən dəbdəbəli restoranında oğlu Tanrıverdi Axundova toy edib. Toyda tanınmış insanlar, məmurlar, iş adamları iştirak edib. Toyun aparıcılığını əməkdar artist Abbas Bağırov edib. Toyda iştirak edən müğənnilər arasında Mətanət İsgəndərli, Rəhim Rəhimli və Miri Yusif də olub.
Orxan Bəşirov






