Qanqsterləri güllələyib maşının yük yerinə yığdılar - FOTOLAR
Kateqoriya məlum deyil
Meksikada narkobaronların müharibəsi davam edir.
Sfera.az xəbər verir ki, ABŞ-a gedən narkotrafik üstə iri qruplaşmaların toqquşması qanlı xarakter alır.
Polis tez-tez toplu halda başları kəsilmiş, yaxud güllələnmiş meyitlər tapır.
Bu həftə El-Marsinilyal qəsəbəsi yaxınlığında yük yerində 15 qanqster meyiti olan "pikap” tapılıb.
Avtomobilin üzərinə Meksika Dəniz Qüvvələrinin saxta emblemi vurulub. Ölənlərin hansı qruplaşmaya aid olduğu aydınlaşdırılır.
İlqar Atabəyli






