Manaf Ağayev "avtoş" oğlundan danışdı: "Ağıllı-mərifətdi adamdı" - FOTO
Kateqoriya məlum deyil
Xəbər saytlarında müğənni Manaf Ağayevin oğlu Müşviq Ağayev haqda xəbərlər yayılıb. İddia edilir ki, Müşviq Ağayev sürət həvəskarıdır və o, tez-tez yol polisi tərəfindən saxlanılır.
Sfera.az bildirir ki, məsələylə bağlı Moderator.az -a açıqlama verən müğənni Manaf Ağayev deyilənlərin əsassız olduğunu və heç avtomobillərin ona məxsus olmadığını bildirib:
"Yanlış məlumatdır. Mənim oğlum ağıllı-mərifətdi adamdı. Heç o maşınlar ona məxsus deyil. O şəkilləri "Instagram"dan götürüblər. Səkkiz il bundan qabaq olan şəkillərdir. Mənim oğlum iş adamıdır, dövlət işində işləyir. Mənim oğlum uşaq deyil, 30 yaşı var. Yazanlar cavabların alıblar və hələ alacaqlar da”.
Müğənni bildirib ki, əgər Müşviq sürət həddini aşırsa, niyə həbs etmirlər:
"Əgər sürət həddini aşırsa, həbs etsinlər. Niyə həbs etmirlər. Yollarda radarlar da var”.






