Logo

Manaf Ağayevin “avtoş” oğlunun bahalı avtomobillərlə FOTOLARI

Manaf Ağayevin “avtoş” oğlunun bahalı avtomobillərlə FOTOLARI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bəzi şou-biznes nümayəndələri yol-hərəkət qaydalarına riayət etmir. Onların bəziləri sürət həddini aşdığına görə, MMX radarlarına düşüb. Hatta qayda pozuntusuna görə, onların cərimələri ödəməkdən boyun qaçırdığı da bildirilir.

Şou-biznesin məşhur siması Manaf Ağayevin oğlu Müşviq də sürət həvəskarıdır. Məlumata görə, sənətçinin övladının qayda pozmaqla və "avtoş”luq etməklə arası "yaxşıdır”. Onun yol polisi əməkdaşları tərəfindən tez-tez saxlanıldığı deyilir. Belə ki, əksər vaxtlarda yol hərəkət qaydalarına riayət etməyən Müşviq üçün inspektorun "saxla” əmrini eşitmək adi hal alıb.

Müşviq Ağayev avtomobilə olan sevgisini gizlətmir və maşınlarla şəkil çəkdirmək bir növ onun hobbisinə çevrilib. Bahalı, o cümlədən retro avtomobillərin yanında durub bu anı ölümsüzləşdirir.

Bununla yanaşı, Müşviq "Niva”nın üstünə oturaraq şəkil çəkdirməklə də maşına olan sevgisini də bildirir. Onun "Forsaj” filminə olan marağı qeyd etdiyimiz faktları təsdiqləyir.

Sənətçinin oğlu peşəkar fotoaparat vasitəsilə yalnız avtomobilinin fotosessiyasını etməklə də nə qədər avtomobilə bağlı olduğunu göstərib.

Minval.info

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR