Bu kişi tabutda yaşayır: Səbəbi hər kəsi təəccübləndirir – FOTOLAR
İrlandiyali Con Edvards bir sıra pis vərdişlərdən, həmçinin depressiyadan uzaqlaşmaq üçün evinin önündə qazdığı qəbirdə yaşamağı qərara alıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bir neçə gün tabutda yaşayacağını deyən Edvard həyat yoldaşı ilə ötən gün görüşərək ayrılıb. Lakin real həyatla bağını kəsməyən Edvard bura "wi-fi", işıq da çəkib. Davamlı olaraq video əlaqələr quran 61 yaşlı Edvardın belə addım atmasına səbəb alkoqol və narkotikdən xilas olmaqdır. O həmçinin bu addımı ilə bu yolda mübarizə aparanları iradəli olmağa səsləyib.
61 yaşlı kişi "Walking Free" adlı intihara təşəbbüs edənlərin yenidən yaşamasına dəstək olan bir təşkilatın ən öndə gedən şəxslərindən biridir. 25 il bu cür problemlərlə mübarizə aparan irlandiyalı tabutdan tez-tez canlı yayımlar da edir.
Nigar Məhərrəm
Sfera.az






