Logo

Deputatlarımız Rusiyada prezident seçkilərini müşahidə edirlər - FOTOLAR

Deputatlarımız Rusiyada prezident seçkilərini müşahidə edirlər - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin deputatları Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Müşahidə missiyasının tərkibində Rusiyada prezident seçkilərini müşahidə edirlər.

Sfera.az APA-ya istinadən bildirir ki, Müşahidə missiyasının koordinatoru Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovdur.

Z. Əsgərov, Aydın Cəfərov və Rauf Əliyev Moskvada, Mixail Zabelin və Elmira Axundova Sankt-Peterburqda, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Tver vilayətində seçki prosesini müşahidə edəcəklər.

Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR