Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi - FOTOLAR
Kateqoriya məlum deyil
Bu gündən "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə verilib.
Sfera.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bu haqda məlumat verib.
M.Ağayev həmçinin bildirib ki, 20 yanvar dairəsinə yaxın ərazidə yerləşən o dayanacaq məntəqəsi alış-veriş mərkəzi tərəfindən qoyulub. Bu səbəbdən də "BakuBus" MMC-yə məxsus avtobuslar orda dayanmadan keçir. Ora rəsmi dayanacaq məntəqəsi olaraq tanınmır. Bakı Nəqliyyat Agentliyi tərəfindən avtobus dayanacaq məntəqələri müvafiq nişanlarla təmin edilir və ordan keçən marşrut üzrə də avtobusların dayanacaqda saxlanılması təmin edilir.
Nigar Məhərrəm
Sfera.az






