Logo

BDU-nun əməkdaşı vəfat etdi - FOTO

BDU-nun əməkdaşı vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin baş mütəxəssisi Mirzəyev Əmirxan Nizam oğlu vəfat edib.

BDU-dan  verilən məlumata görə, 72 yaşında dünyasını dəyişən Ə. Mirzəyev 1974-1978-ci illərdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Elmi Tədqiqat İnstitutunda mütəxəssis, 1978-ci ildə BDU-nun Elmi-tədqiqat bölməsinə böyük elmi işçi, 1992-1994-cü illərdə Humanitar fakültələr üzrə prorektor müavini, 1994-1998-ci illərdə Elmi Tədqiqat Hissəsində böyük elmi işçi vəzifəsində çalışıb. 1998-2019-cu illərdə Elmi işlər üzrə prorektor müavini, 2019-cu ildən Elmi fəaliyyətin təşkili və informasiya mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR