İsmayıllıda Aprel döyüşləri şəhidi anıldı - FOTOLAR
Kateqoriya məlum deyil
Bu gün Aprel döyüşləri şəhidi Mikayıl Vahabzadənin anım günüdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi, RİH-in əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti nümayəndələri, kənd sakinləri, şəhid ailələri şəhidin ailəsi ilə birlikdə Mikayılın Maçaxı kəndindəki məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.
Musa Piriyev adına Maçaxı kənd tam orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonra Mikaylın həmkəndlisi, Vətən müharibəsi şəhidi Əşrəf Məmmədlinin də məzarı ziyarət edilib, məzarı üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.
Daha sonra anım mərasiminə gələnlər Mikayılın böyüyüb boya-başa çatdığı evdə olub, onun ev muzeyinə baxış keçiriblər.
Məlumat üçün bildirək ki, Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.