Logo

Klubdakı partlayışdan sonra bu gün vəfat edən Fərqanənin FOTOLARI

Klubdakı partlayışdan sonra bu gün vəfat edən Fərqanənin FOTOLARI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda "Location” gecə klubunda yaralananlardan biri vəfat edib.

Sfera.az xəbər verir ki, bu, 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızıdır.

O, 5 nömrəli şəhər kliniki xəstəxanasında müalicə alırdı.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı saytımıza təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Klubdakı partlayışdan sonra bu gün vəfat edən Fərqanənin FOTOLARI

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR