Logo

Azər Türk Bank dördüncü innovativ filialını açdı - FOTOLAR

Azər Türk Bank dördüncü innovativ filialını açdı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət bankı Azər Türk Bank xidmət şəbəkəsini genişləndirməkdə davam edir.

Bank "Rəqəmsal 4” filialını müştərilərinin ixtiyarına verdi.

Paytaxtın Səbail rayonu ərazisində, Sahil və Xaqani bağları arasında, Üzeyir Hacıbəyov,16 ünvanda yerləşən bu filialda xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

Bankın bu ofisində müştərilərə kreditlərvəödəniş kartlarının əldə edilməsi daxil olmaqla müxtəlif bank xidmətləri göstərilir.

Tezliklə Bankın eynilə bu konsepsiya üzərində daha üç filialının istifadəyə veriləcəyi nəzərdə tutulmuşdur.

Azər Türk Bank son dövrdə artıq üç innovativ filialını müştərilərin ixtiyarına verib.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı//atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR