Logo

Kadırovun "sağ əli" Ukraynada öldürüldü - FOTO

Kadırovun "sağ əli" Ukraynada öldürüldü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynada Kadırov qruplaşmasının komandiri, Rusiyanın Qroznı şəhərindən olan Ruslan Əzizov (Stinqer ləqəbli) məhv edilib.

Sfera.az xəbər verir ki, Stinqerin harada məhv edildiyi hələlik bildirilmir. Bu barədə müxalif çeçen bloger Xasan Xalitov "Telegram" kanalında məlumat verib.

Xalitov Əzizovun məhv edilməsi barədə qohumuna məlumat verən kadırovçulardan birinin telefon danışığının dinlənilməsini yayıb.

Əzizovun məhv edilməsi ilə bağlı məlumatı Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk da təsdiqləyib.

"Kadırovçuların özləri isə Stinqer ləqəbli komandirləri Ruslan Əzizovun ölümünü artıq təsdiqləyiblər”,- deyə Sergey Bratçuk özünün "Telegram" kanalında yazıb.

(unikal.org)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR