Logo

AFFA-nın baş katibi dəyişdi - Onu bu şəxs əvəzləyəcək

AFFA-nın baş katibi dəyişdi - Onu bu şəxs əvəzləyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AFFA-nın baş katibi dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə qərar İcraiyyə Komitəsinin bu gün təşkil olunan iclasında verilib. AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, Avro-2020-nin və Avro-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunub.

Qeyd edək ki, bundan əvvəl baş katib vəzifəsini AFFA-nın icraçı-vitse-prezidenti Elxan Məmmədov icra edirdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR