Logo

Ukrayna kəşfiyyatı rusları mobil rabitə ilə təmin edən hakeri tutdu - FOTOLAR

Ukrayna kəşfiyyatı rusları mobil rabitə ilə təmin edən hakeri tutdu - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna ərazisində rusiyalı hərbçiləri mobil rabitə ilə təmin edən haker Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Ukrayna kəşfiyyatı müəyyənləşdirib ki, bir gündə adı açıqlanmayan hakerə minə qədər zəng edilib. Onların əhəmiyyətli bir hissəsi Rusiya ordusunun ali rəhbərliyindən olub.

Bundan əlavə haker Ukrayna təhlükəsizlik qüvvələrinə və dövlət qulluqçularına təslim olmaq və Rusiyanın tərəfinə keçmək barədə SMS göndərib. O, həmçinin Rusiya ordusunun qabaqcıl qruplarına əmr və göstərişlər ötürüb.

Saxlanılan hakerin bütün avadanlıqları götürülüb. Bildirilir ki, onun üzərində onlarla, hətta yüzlərlə öldürülmüş ukraynalının qanı var.

(azxeber)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR