Logo

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun binası vuruldu - FOTO

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun binası vuruldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası əraziyə endirilən hava zərbələri nəticəsində ciddi dağıntılara məruz qalıb.

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Hücum nəticəsində binaya ciddi ziyan dəyib. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

Hadisə zamanı konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb. Onlar hazırda təhlükəsiz yerdədirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR