Logo

Ukraynada rus generalı həlak oldu - FOTOLAR

Ukraynada rus generalı həlak oldu - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkələrin Rusiya seqmentində  Rusiya Silahlı Qüvvələri 7-ci desant-həmlə diviziyasının keçmiş komandiri, Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini, general Andrey Suxovetskinin həlak olması barədə məlumay yayılıb.

Sfera.az xəbər verir ki, general-mayor martın 2-də həlak olub.

Martın 2-də sosial şəbəkələrin Rusiya seqmentində 7-ci desant-həmlə diviziyasının keçmiş komandiri, Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini, general Andrey Suxovetskinin Ukraynada gedən döyüşlərdə həlak olduğu haqda xəbər yayılıb.

Xəbəri generalın tanışı Sergey Çipilyev paylaşıb. Onun bildirdiyinə görə, Suxovetski martın 2-də öldürülüb, martın 5-də onunla vida mərasimi keçiriləcək. Vida mərasiminin generalın komandan müavini olduğu hərbi hissənin ərazisində təşkil olunacağı bildirilir.

Şərhlərdə yazılanlara əsasən generalı snayper vurub.

(milli.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR