Məlahət Abbasova Zelenskidən yazdı: "Get aktyorluğunu et!" - FOTO
Kateqoriya məlum deyil
"Zelenski aktyor, ssenari müəllifi və rejissordur. Komediyaçı siyasətçidir. Siyasət onun işi deyildi".
Sfera.az xəbər verir ki, bu sözləri aktrisa Məlahət Abbasova yazıb. Uzun illərdir Türkiyədə yaşayan sənətçi Ukrayna prezidenti Vladimir Zelenskinin ünvanına sərt ittihamlar səsləndirib. Abbasova dövlət başçısının prezidentlik kürsüsünə layiq olmadığını bildirib:
"Aktyordan lider olar? Adama deyərlər get aktyorluğunu, rejissorluğunu et. Əlbəttə ki, yalnız qalacaqdı.
Aktrisanın bu fikirləri sosial şəbəkə istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onların böyük əksəriyyəti Abbasovanın bu fikirlərinə etiraz edərək, onu qınayıblar.






