Kiyevdə ərzaq mağazalarında uzun növbələr yarandı, banklar bağlandı - FOTOLAR
Kateqoriya məlum deyil
Ukraynanın paytaxtı Kiyevdə hazırda restoranlar, banklar, valyutadəyişmə məntəqələri bağlıdır.
Sfera.az bildirir ki, "Report”un Şərqi Avropa bürosunun əməkdaşının Kiyevdən verdiyi məlumata görə, hazırda ərzaq mağazalarında uzun növbələr yaranıb.
Növbələrin yaranmasının səbəbi kimi mümkün təxribatların qarşısının alınması üçün kütləvi halda insanların mağazalara buraxılmaması göstərilir.
Ərzaq qıtlığı hələlik müşahidə olunmur. Apteklərin də əksəriyyəti hazırda bağlıdır.






