Təbrizdə hərbi təyyarə qəzaya düşdü - 3 ölü + FOTO
Kateqoriya məlum deyil
İranın Təbriz şəhərində hərbi təyyarə qəzaya düşüb.
Sfera.az "Tasnim”ə istinadən xəbər verir ki, "F-5” tipli təyyarə idman salonuna çırpılaraq qəzaya uğrayıb.
İlkin məlumata görə, insident zamanı pilot, pilot köməkçisi və bir mülki şəxs həlak olub.
Hazırda hadisənin səbəbləri araşdırılır.






