Logo

Evlərini satmaq üçün SOYUNDULAR: “İnsanlar zəng edib…” - FOTO

Evlərini satmaq üçün SOYUNDULAR: “İnsanlar zəng edib…” - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yeni Zelandiyalı cütlüyün addımı eşidənləri təəccübləndirib.

Sfera.az bildirir ki, Laurens Simpson evini satmaq məqsədilə çılpaq pozalarda fotolar çəkdirib. Belə ki, pandemiyaya görə, işi pis olan cütlük ölkənin əsas kurortlarından biri olan Kuinstaundakı bağ evini satmaq qərarına gəlib. Ər-arvad "Trade Me" saytındakı elan üçün evin içində çılpaq pozalar veriblər.

Qısa müddət ərzində sözügedən elana 11 mindən çox baxış gəlib.  Məktəbə 1 kilometr, kafe və barlara isə 3 km məsafədə olan evin qiyməti 315 min Yeni Zelandiya dolları (təxminən 360 min manat) olaraq müəyyən edilib.

Bununla bağlı yerli mediaya açıqlama verən Simpson bu fikirləri söyləyib: "Elanımız çox diqqət çəkdi. Hətta tətil evi axtaran zəng edərək, çılpaq cütlüyün evlə birlikdə satılıb-satılmadığını soruşdular. Təbii ki, biz daxil deyilik”.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR