Nazir müavinindən QALMAQALLI SÖZLƏR: “Ərlər arvadlarını itaətsizliyə görə döyə bilərlər”
Malayziyada qadın məsələləri üzrə nazir müavini, Pan-Malayziya İslam Partiyasının Şəhər deputatı Zaila Mohd Yusoff ərlərə arvadlarını itaətsizliyə görə döyməyi tövsiyə edib.
Sfera.az "Lenta.ru”ya istinadən xəbər verir ki, nazir müavini "Instagram" səhifəsində bununla bağlı paylaşım edib:
"Əgər arvad tövsiyələrə əməl etməkdən və ya davranışını dəyişməkdən imtina edərsə, ərlər sərtliyini göstərə bilər. Bu zaman ər arvadının davranışlarını dəyişdirmək üçün ona yüngül zərbələr vuraraq, fiziki zorlama üsulundan istifadə etməyə cəhd edə bilər”.
Bu paylaşımdan sonra qadın hüquqlarını müdafiə edən qrupların koalisiyası qadın işləri nazirinin müavinini vəzifəsindən istefa verməsini tələb edib. Etirazçılar bildiriblər ki, nazir müavini Malayziyada cinayət sayılan məişət zorakılığına təşviq edib, eləcə də gender bərabərliyinə zidd olan fikir və davranışlar ifadə edib.
Aysel
Sfera.az






