Logo

Abşeronda şəhid ailələri ziyarət olundu - FOTOLAR

Abşeronda şəhid ailələri ziyarət olundu - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı”, "Vətən Uğrunda”, "Cəbraılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Qubadlının  azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı kapitan Musibov Veysəl Yadulla oğlunun 33-cu doğum günü ilə əlaqədar Xırdalan şəhərindəki Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Sfera.az xəbər verir ki, RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə görüşüb.

Daha sonra "Vətən Müharibəsi Qəhrəmanı” Musibov Veysəl Yadulla oğlunun adını daşıyan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə yeni qurulan guşəsinin açılış tədbiri keçirilib.

RİH başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi Qəhrəmanı Musibov Veysəl Yadulla oğlunun büstünün hazırlandığını qeyd edib.

Bundan başqa Abdin Fərzəliyev Azərbaycanın zəfəri ilə başa çatmış Vətən Müharibəsi zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunmuş Tibb Xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun adının abədiləşdirilməsi istiqamətində tikilməkdə olan Abidə Bulaq Kompleksində görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə şəhidin ailə üzvləri ilə birgə əraziyə baxış keçirib.

Abdin Fərzəliyev həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medallarına laiq görülən şəhid gizir Əhmədov Emil Bahadur oğlunun evinə gedərək onun övladı Bahadur Əhmədovun doğum günündə iştirak edib.

Abdin Fərzəliyev Azərbaycan Ordusunun böyük qələbəsi ilə yekunlaşan Vətən Müharibəsində şəhid olan, ölümündən sonra "Vətən uğrunda” medalına layiq görülən əsgər Sadıxov Rahid Vahid oğlunun 21-ci doğum günü ilə əlaqədar onun əvvəllər yaşadığı Saray qəsəbəsindəki evinə gedib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR