Logo

Bakıda dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq - FOTO

Bakıda dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin "Çimtaş” şirkəti Bakıda dünyanın ən hündür bayraq dirəyini quraşdıracaq.

Sfera.az  xəbər verir ki, dirəyin hündürlüyü 191 m olacaq. Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.

İstehsalına 2021-ci ilin sentyabrında başlanan və daxili hissələrlə təchiz edilmiş bayraq dirəyinin "Çimtaş" şirkəti tərəfindən 2022-ci ilin aprel ayında Xəzər dənizi vasitəsilə daşınması gözlənilir.

Qeyd edək ki, Azərbaycan Bayraq Meydanı 2010-cu il sentyabrın 1-də yaradılıb. O zaman bayraq dirəyinin hündürlüyü 162 m idi. Bu bayraq dirəyi 2011-ci ilin may ayına qədər dünyanın ən hündür bayraq dirəyi idi.

Daha sonra Düşənbədə 165 metrlik bayraq dirəyi tikilib.

(qaynarinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR