Mikayıl Cabbarov Oliver Varhelyini qəbul etdi - FOTO
Kateqoriya məlum deyil
İqtisadiyyat Naziri Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə nazir məlumat verib.
"Avropa İttifaqının təklif etdiyi maliyyə alətləri, qarşılıqlı ticarətin genişləndirilməsi, investisiyalar və işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq", - o deyib.






