Logo

Lənkəranda avtomobil yeniyetmə velosipedçini vurdu - FOTO

Lənkəranda avtomobil yeniyetmə velosipedçini vurdu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Lənkəranda avtomobil 12 yaşlı velosipedçini vurub.

Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Baradigah yolunun Şağlaser kəndindən keçən hissəsində baş verib.

Belə ki, Şağlaser kənd sakini, 2010-cu il təvəllüdlü Şahmurad Şahlar oğlu Əzimovu velosipedlə hərəkətdə olarkən 1962-ci il təvəllüdlü Mürşüd Dadaş oğlu Əhədovun idarə etdiyi "Niva” markalı avtomobil onu vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ş.Əzimova sağ bazunun kəsilmiş yarası diaqnozu qoyulub və o əməliyyat edilib.

Hadisəyə səbəb kimi avtomobilin idarəetmədən çıxaraq səkiyə çıxdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR