Ötən ay işğaldan azad olunan ərazilərdən 289 mina aşkarlandı
Kateqoriya məlum deyil
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq statistik məlumatları açıqlayıb.
ANAMA-dan Sfera.az-a bildirilib ki, yanvarın 5-dən yanvarın 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 32 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 230 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 402.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.






