İcra başçısı şəhidlərin məzarlarını ziyarət etdi - FOTO
Sfera.az xəbər verir ki, şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirib ki,
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin
müdrik siyasəti, iradəsi sayəsində xalqımız Vətən müharibəsində qalib gələrək
30 illik vətən həsrətinə son qoyuldu. Şəhidlərimiz, qazilərimiz və ümumilikdə
ordumuzun, xalq-hakimiyyət birliyinin, dəmir yumruq kimi birləşməyimizin
nəticəsində düşmən döyüş meydanında diz çökdürüldü. Ölkəmizdə şəhid və qazi
ailələrinə böyük diqqət və qayğı göstərildiyini və bunun dövlət siyasətinin
tərkib hissəsi olduğunu qeyd edən Abdin Fərzəliyev Abşeron rayonunda da bu qayğının
davam etdirildiyini diqqətə çatdırılıb.
Abdin Fərzəliyev Abşeron rayonunun bütün şəhidlərini özündə ehtiva edəcək
ümumrayon Şəhidlər Kompleksinin tikintisinin planlaşdırıldığını qeyd edərək
bildirib ki, artıq memorial kompleksin layihəsi işlənir və yaxın günlərdə
bütün şəhid ailələrinin iştirakı ilə müzakirə ediləcək. Onların təklifləri
dinləniləcək.
Şəhid ailələri də öz növbələrində dövlət rəhbərliyinin hər zaman diqqət və
qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
dərin minnətdarlıqlarını bildiriblər.
Sonra Abdin Fərzəliyev şəhid baş leytenant Paşayev Daşdəmir Əlizaman oğlunun
doğum günü ilə əlaqədr olaraq İkinci Fəxri Xiyabana gəlib. Burada şəhidin ailə
üzvləri ilə birgə D.Paşayevin məzarı ziyarət olunub, əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, ruhuna dualar edilib. Şəhidimizin keçdiyi döyüş
yolundan, göstərdiyi şucaətlərdən danışılıb. Məktəblilər vətənə,
vətənpərvərliyə və D.Paşayevə aid şeirlər səslənbdiriblər.
Abdin Fərzəliyev şəhidin ailə üzvlərinin qayğıları və problemləri ilə
maraqlanaraq bildirmişdir ki, bundan sonra da ailə daimi olaraq dövlət qayğısı
ilə əhatə olunacaqdır.






