Logo

Ərdoğan ilk dəfə AÇIQLADI: "Zelenski ilə danışdıq, MİT o cinayətkarı tutub ölkəmizə gətirib"

Ərdoğan ilk dəfə AÇIQLADI: "Zelenski ilə danışdıq, MİT o cinayətkarı tutub ölkəmizə gətirib"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Evinin qarşısında sui-qəsd nəticəsində öldürülən türkiyəli tarixçi Necip Hablemitoğlu haqqında ilk dəfə ictimaiyyətə məlumat verilib.

Sfera.az bildirir ki, bu barədə Türkiyənin prezidenti Recep Tayyip Erdoğan NTV kanalındakı canlı çıxışı zamanı danışıb. O, cinayətkar Nuri Gökhan Bozkırın Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən Ukraynada tapıldığını və ölkəyə gətirildiyini açıqlayıb.

"İlk dəfə bu verilişdə açıqlayacam. Necip Hablemitoğlu FETÖ-nün dövlət daxilindəki kadrlarından bəhs edən "Köstebek” adlı kitabını çap etdirmədən öldürülmüşdü. MİT uzun müddətdir ki, sui-qəsdin şübhəlilərindən biri olan Nuri Gökhan Bozkırın izinə düşmüşdü. Kəşfiyyatımız müəyyən edib ki, bu şəxs Ukraynada gizlənir. Həmin şəxsin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı Ukrayna prezidenti Zelenski ilə də danışdıq”, - deyə Ərdoğan söyləyib.

Ölkə başçısı sözlərinə bu cür davam edib:

"O, hazırda Hablemitoğlunun qətlində şübhəli bilinən şəxs kimi ölkəmizin ədliyyə orqanlarına hesabat verir. Həmin şəxs FETÖ ilə yanaşı, İŞİD terror təşkilatını da silah və sursat tədarükü ilə təmin edib.

Terror təşkilatlarına və hər cür cinayət şəbəkələrinə qarşı mübarizəmizi davam etdiririk. Dünyanın harasına getsəniz də,  Türkiyə məhkəməsi qarşısına çıxış hesab vermək məcburiyyətindən qurtula bilməyəcəksiniz”.

Xatırladaq ki, Necip Hablemitoğlu 18 dekabr 2002-ci il tarixində öldürülüb.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR